“Forbes”: “Dron sənayesində ABŞ-a ən güclü rəqib Türkiyədir”

30

Hurriyyet.org xəbər verir ki, ingilis alim, dünyanın bir çox nüfuzlu nəşrlərində texnologiya ilə bağlı məqalələrin müəllifi Devid Hemblinq “Forbes” jurnalında dərc edilən “ABŞ-ın dronlarının yeni partiyası kütləvi qırğın silahları ola bilər” başlıqlı yazısında Türkiyə hərbi sənayesinin uğurlarından yazıb.“ABŞ dron texnologiyası sahəsində yeganə aktyor deyil, hətta lider belə olmaya bilər. Türkiyə hal-hazırda Suriya sərhədinə “Karqu tak tik kamikadze” təyyarələrini yerləşdirib. Onlar uzaqdan idarə edilirlər. Mütəxəssislər “Karqu”nun avtonom idarə imkanlarına malik olduğunu iddia edirlər. Çin və Rusiya da çox geridə deyil”. Hemblinq Türkiyədə istehsal edilən Silahlı Pilotsuz Uçuş Aparatlarının da üstünlüklərini sadalayıb.

Hurriyyet.org