Fobiyalarımızdan özümüz qurtula bilərikmi?

    33

    Fobiyaları əksərən, həmin qorxuya sahib olan şəxsdən başqa hər kəs dırnaqarası baxır. Fobiyası olan insana tez-tez "Axı bunda qorxacaq nə var ki?", "İstəsən qorxmaya da bilərsən" kimi fikirlər səsləndirilir. Lakin fobiyalar bizim gündəlik qorxularımızdan olduqca fərqlidir. Gündəlik qorxu və qayğılar müəyyən səbəblərlə ortaya çıxır. Bu qorxulara nəzarət etmək mümkündür. Halbuki, fobiyalarda insan duyğu və davranışlarının idarəsini itirir. Titrəmə, tərləmə, nəfəs çatışmazlığı, bulanıq görmək kimi əlamətlərlə yanaşı, qorxu və qayğı hissi də yaşayır. Fobiyaların tam yaranma səbəbi məlum deyil. Genetik, fiziki və ətrafdakı faktorlar insanın fobiyalı olmasına gətirib çıxara bilər. Bu yazıda fobiyalardan qurtulmaq üçün yollar və nəticələri bir araya gətirdik.

    Fobiya ilə üzləşmək

    Qorxularla üzləşmək mümkündür. Yeni yaranan fobiya ilə üzləşmək daha asandır, lakin illərdir mövcud olan qorxu ilə üzləşmək daha çətindir. Sakit və rahat vəziyyətdə qorxularınızla üzləşmək işləri daha da asanlaşdıracaqdır. Şəxs stressli və gərgin olduqda fobiyası ilə üzləşməyi çətin və uğursuz təcrübə olacaqdır.

    Fobiya ilə özümüz necə mübarizə apara bilərik?

    İnsanların fobiyalara verdiyi reaksiyalar fərqlidir. Bəziləri fobiyasının qaynağı olan insan, əşya, hadisə və ya hərəkətlə qarşılaşdıqda ağlaya bilər. Bəziləri isə qaça, əsəbləşib qeyri-iradi davranışlar göstərə bilər, bəziləri də ümumiyyətlə heç nə etmədən hərəkətsiz qalır. Bu səbəblə də siz sadəcə zehninizdə canladırmaqla, əgər fobiyanız qarşınızda olsa, necə reaksiya verəcəyinizi öyrənmiş olacaqsınız. Beləcə fobiyanızla üzləşmədən öncə verəcəyiniz reaksiyaları idarə etmək bacarığını inkişaf etdirmiş olacaqsınız.

    Fobiya ilə təkbaşına mübarizə aparmağın təhlükələri

    Qorxunuzla qarşılaşdığınızı düşünmək və bunu zehninizdə canlandırmaq olduqca təsirli üsuldur. Buna görə də şəxs bu müddəti profesional köməklə davam etdirməlidir. Tək olduqda panika yaşaya, qeyri-iradi davranışlar göstərə bilərsiniz və fobiyanız daha ağır vəziyyət alar. Bəzi insanların reaksiyaları təhlükəli davranışlara gətirib çıxara bilər. Məsələn, hündürlük qorxu olan şəxs fobiyansına qaçaraq reaksiya verirsə, yalnış bir hərəkətlə çox ağır nəticələr yarana bilər.

    Картинки по запросу Fobiyalar

    Fobiyaların müalicəsi

    Fobiyası olan şəxslər ətraflndakı insanlar tərəfindən cəsarətləndirilməsi və yönlədirməsi ilə qorxusunun qaynağını tapa və ya üsünə gedə bilər. Lakin qeyd etdiyimiz kimi həmin vaxt necə davranışlar göstərəcəyiniz dəqiq bilmək mümkün deyil. Üzləşmə nəticəsində insan fobiyasından qurtula da bilər və ya tam əksinə qorxusu daha da dərinləşə bilər. Bu tip mənfi problemlərin yaranmasının qarşısını almaq üçün mütləq mütəxəssis köməyinə ehtiyac duyulur.

    Aytac ASƏFQIZI, Hurriyyet.org