Finlandiyada namaz qılmağın qadağan edilməsi cəzalandırıldı

    24

    Hurriyyet.org xəbər verir ki, Finlandiyada iş vaxtı namaz qılmaq tələbinə icazə verilmədiyi üçün işə götürülməyən müsəlman vətəndaşın şikayətindən sonra məhkəmə, şikayətçinin ibadət hüququnun əngəlləndiyini qərara alaraq, iş yerinin müdiri olan Sisko Marjamana 40 gün həbs cəzası verib.

    Finlandiyada məhkəmə müsəlmanların hüququnu qoruyan qərar verib. Helsinki Məhkəməsi 2016-cı ildə nazirlikdə layihə işçisi olaraq işə götürülən, lakin müqavilə imzalayacağı zaman iş saatlarına namaz qılmaq tələbi təsdiqlənmədiyi üçün işləmək icazəsi verilməyən müsəlmanın şikayətini təmin edib. İdarədə müdir işləyən Sisko Marjamana 40 gün həbs cəzası verilib, sonra isə həbs cəzası 1800 avro cərimə cəzası ilə əvəz olunub.

    Məhkəmənin qərarında deyilir: “İbadət azadlığı çərçivəsində iş yerlərində qısa müddətli ibadətə icazə verilməli və bu müddət maaşdan kəsilməməlidir”.

    Hurriyyet.org