FİFA ilin ən yaxşı qapıçılarını açıqladı

297

FİFA ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb. Kişilərdən “The Best” mükafatına Almaniya “Bavariya”sının qolkiperi Manuel Noyer layiq görülüb. O, İngiltərə “Liverpul”undan Alisson Bekker və İspaniya “Atletiko”sundan Yan Oblakı qabaqlayıb.

Fransanın “Olimpik” (Lion) klubunun qolkiperi Sara Buaddi isə ən yaxşı qadın qapıçı seçilib.