FHN orta məktəbdəki yanğınla bağlı məlumat yaydı: 560 nəfər təxliyə edilib

    45

    Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

    Hurriyyet.org nazirliyin saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kv.metr olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 kv.metr sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

    Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

    Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.

    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.