Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı RƏSMİ AÇIQLAMA

    15

    Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğınla bağlı məlumat yayıb.

    Hurriyyet.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

    Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

    Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

    Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.