FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yaydı

    3

    Ağsu rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 52 ton ot bağlamasının 40 tonu yanıb.

    Bu barədə Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    Ağsu rayonunda güclü yanğın başlayıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.

    Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.