FHN pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbirlərə başladı

72

“Bu ilin avqust ayından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin, aidiyyəti müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir”.

Bunu Musavat.com-a açıqlamasında FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib.

O qeyd edib ki, bu tədbirlərin keçirilməsində məqsəd pambıq zavodu, tədarük məntəqəsi, qurutma-təmizləmə sexləri və təsərrüfatlarda tələb olunan yanğına qarşı rejimə əməl olunması və bu sahədə icrası vacib olan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsidir:
“Eləcə də, vətəndaşların bir daha yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsidir. Tədbirlərimiz davam etdirilir”,-deyə E. Babayev söyləyib.

Musavat.com