FHN: Kürdə batan bir nəfərin axtarışları davam etdirilir – YENİLƏNİB

39

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdədə Kür çayında yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.

***

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Kür çayında burulğana düşən 4 nəfərdən 1-i boğulub, 3-ü xilas edilib.

Bərdənin Nazırlı  kənd icra nümayəndəsi Pərviz Əlizadə sayta açıqlamasında bildirib ki, Kür çayında çimərkən burulğana düşənlərin hamısının 18 yaşı var.

Onlar – Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və  Göyüşov Ozan Yusif oğludur.

Onlardan 3-ü sudan çıxa bilib. R. Mirağazadəni isə xilas etmək mümkün olmayıb.

Hazırda R. Mirağazadənin axtarışları davam etdirilir.

***

Kür çayında çimən 5 uşaq burulğana düşüb.

Hadisə Kür çayının rayonun Bərdənin Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.

Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır./APA