FHN-in yanğınsöndürən maşını qəza törətdi – YARALANANLAR VAR

45

Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobili qəzaya uğrayıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan  “VAZ 2101” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.