Azərbaycan neft hasilatını donduracaq – RUSİYA MƏTBUATINDAN İDDİA

    6

    Fevralın 16-da Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela Dohada keçirilmiş görüşdə neftin dünya qiymətlərini dəstəkləmək məqsədilə hasilat həcmini 2016-cı ilin yanvar ayının səviyyəsində saxlamaq barədə razılığa gəliblər, bir şərtlə ki, digər hasilatçılar da bu təşəbbüsə qoşulsunlar. OPEK üzvü olan və olmayan ölkələrin hasilat həcminin donddurulması məsələsini müzakirə etmək üçün görüşü aprelin 17-də yenə də Qətərin paytaxtında baş tutmalıdır.