“Ferrari” sahibi birdəfəlik ödəmə üçün müraciət etdi – BİABIR OLDU / VİDEO

66

Türkiyənin Samsun şəhərində “Ferrari” avtomobili sahibi koronavirus səbəbiylə hökumətin elan etdiyi “İqtisadi Sabitlik Qalxanı Paketindən” 1000 TL almaq üçün “İlkadım Sosial Yardımlaşma və Həmrəylik Fondu”na müraciət edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu hadisədən sonra hər kəs Samsunda “Ferrari” avtomobili istifadə edən şəxsləri diqqət mərkəzinə almağa başalayıb.

Fonda müraciət edənin Samsundakı Ferrari sahiblərindən biri, “CityMall” AVM-nin İdarə heyətinin sədri Yunus Emre Çelik olduğu iddia edilib. Bundan sonra iş adamı açıqlama verərək bildirib ki, 1000 TL üçün heç bir yerə müraciət etməyib. Sadəcə müraciət edən şəxslə oxşarlığına görə “qurban” olduğunu açıqlayıb.

Hadisədən sonra telefonunun susmadığını deyən Çelik, həmin şəxslər onun avtomobilinin fərqli model olduğunu bildirib:

“Telefonlara cavab verməkdən bezdim. O şəxs mən deyiləm. Mən oxşarlığın qurbanı oldum. Bizim belə bir tələbimiz olmayıb. Bu hadisənin Samsunda baş verməsinə görə çox təəssüfləndim. Şəhərimizin adının belə məsələlərlə gündəmə gətirilməsi doğru deyil”.