“Ferents Puşkaş” mükafatının qalibi bilindi

78

2020-ci il üçün “Ferents Puşkaş” mükafatının qalibi məlum olub. İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Hın Minin Premyer Liqada “Bernli”yə vurduğu qol ən yaxşı seçilib.

Mükafata İspaniya “Atletiko”sunun hücumçusu Luis Sauresin “Barselona”da çıxış edərkən La Liqada “Malyorka”ya, həmçinin Braziliya “Flamenqo”sundan Corcian Arrasketanın yerli çempionatda “Seara”ya vurduğu qollar da iddia edirdi.