“Fərdi avtomobillərin hərəkətinə icazə verilmir” – Ramin Bayramlı

36

“Fərdi avtomobillərin hərəkətinə icazə verilmir. İmkanı olan qurumlar öz avtomobilləri ilə əməkdaşlarını işə gətirə bilərlər. İmkanı olmayanlar isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, fəaliyyəti fasiləsiz davam etdirilən sahələrdə iş prosesi dayanmayacaq: “Tütün istehsalı kimi müəssisələr həftə sonlarında çalışmırdı. Ona görə də onların fəaliyyətinə həftə sonu icazə verilməyəcək”./apa/