Fələstin ABŞ-dakı səfirini geri çağırdı

    3
    Fələstin Vaşinqtondakı səfirini geri çağırıb.
    Hurriyyet.org xəbər verir ki, AzVision.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin XİN bəyanat yayıb.
    Bildirilib ki, diplomatın geri çağırılması
    ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə bağlıdır. Fələstin səfirinin mayın 16-da ölkəsinə qayıdacağı gözlənilir.
    Qeyd edək ki, Fələstinlə yanaşı Türkiyə və İrlandiya da İsraildəki diplomatik nümayəndələrini geri çağırıblar.