“Fələstin məsələsinin günahkarları Osmanlı dövlətinin torpaqlarını bölüşdürən Qərb dövlətləridir” – XAMANEİ

63

Hurriyyet.org xəbər verir ki, İranın ali dini lideri ayətullah Əli Xamanei Fələstin probleminin əsas baislərinin Birinci Dünya Müharibəsindən sonra Osmanlı dövlətinin Asiyadakı torpaqlarını öz aralarında paylaşan Qərb dövlətləri olduğunu söyləyib.

Hər il ramazan ayının axırıncı cümə günü qeyd olunan Qüds günü münasibətilə çıxış edən Əli Xamanei deyib: “Fələstin faciəsinin əsas günahkarı Qərb hökumətləri və onların şeytani siyasətləridir. Birinci Dünya Müharibəsində qalib gəlmiş dövlətlər Osmanlı imperatorluğunun Asiyadakı torpaqlarını ən mühüm müharibə qəniməti olaraq öz aralarında paylaşdıqları gün bölgənin qəlbində etibarlı bir baza yaratmağa ehtiyac hiss elədilər”.

Xamanei BMT-nin Fələstin və Yəməndəki müsəlmanların qorunması ilə bağlı vəzifəsini yerinə yetirmədiyini bildirib: “Sözdə BMT və beynəlxalq insan hüquqları təşkilatları müsəlmanların qorunması məsələlərində öz funksiyalarını yerinə yetirmirlər. Sözdə insan hüquqları təşkilatları da ölüdürlər”.

İkinci Dünya Müharibəsindən sonra da bölgə ölkələrinin qəflətdə olmasından istifadə edilərək İsrailin yaradıldığını deyən Xamanei Qərb ölkələrinin bu yolla əvvəlcə Fələstinə, sonra isə bölgə ölkələrinə zərbə vurmaq məqsədi güddüklərini söyləyib.

Hurriyyet.org