Federer, Ronaldo, Messi…

96

“Forbes” nəşri 2020-ci ilin ən çox qazanan məşhurlarının yeni sıralamasını təqdim edib. Qol.az xəbər verir ki, ilk “5-lik”də 3 idmançı yer alıb. Dünyanın ən zəngin məşhurlarının siyahısına biznesmen qadın Kayli Cenner başçılıq edir- 590 milyon dollar. 2-ci yerdə repçi və musiqi prodüseri Kanye Uestdir. Onun qazancı 170 milyon dollar təşkil edir.

İdmançılardan isə tennisçi Rocer Federer 3-cü, “Yuventus”un futbolçusu Kriştiano Ronaldo 4-cü, “Barselona”nın kapitanı Lionel Messsi 5-ci pillədə qərarlaşıb. Federerin illik qazancı 106,3 milyon dollardır. Ronaldoda bu, 105 milyon dollar məbləğindədir. Messi isə illik 104 milyon dollar gəlir əldə edir. PSJ-nin futbolçusu Neymar 7-ci (95,5 milyon dollar), “Leykers”in basketbolçusu LeBron Ceyms isə 9-cu (88,2 milyon dollar) yerdədir.