Federer, Ronaldo, Messi ən çox qazanan məşhurlar siyahısında

75

“Forbes” jurnalı dünyanın ən çox qazanan məşhur şəxslərin siyahısını hazırlayıb.

Qol.az xəbər verir ki, ilk “10-luq”da 5 idmançı yer alıb. Dünyanın ən zəngin məşhurlarının siyahısına repçi və musiqi prodüseri Kanye Uest başçılıq edir. Onun illik gəliri 170 milyon dollardır. İsveçrə tennisçisi Rocer Federer 106,3 milyon dollarla 2-ci olub. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo (105 milyon dollar) 3-cü, “Barselona”nın kapitanı Lionel Messi (104 milyon dollar) 4-cü pillədə qərarlaşıb.

5-ci yerdə aktyor və rejissor Tayler Perriyə (97 milyon) məxsusdur. Növbəti yerlərdə PSJ-nin hücumçusu Neymar (95.5 milyon), şoumen Hovard Stern (90 milyon), “Leykers”in lideri, NBA ulduzu Lebron Ceyms (88.2 milyon), aktyor Dueyn Conson (87.5 milyon) qərarlaşıb. İlk 10-luğu ictimai xadim və siyasi şərhçi Raş Limbo (85 milyon) bağlayır.

musavat.com