Fazil Məmmədovun səhhəti niyə pisləşdi? – YAXINLARINDAN AÇIQLAMA

    18

    Sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib.

    Hurriyyet.org medicina.az-a istinadən xəbər verir ki, keçmiş nazir müalicə almaq üçün təcili şəkildə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Yerli mətbuatın xəbərinə görə, F.Məmmədovun səhhətindəki problem o qədər ciddidir ki, o, yaxın saatlarda əməliyyat oluna bilər.

    Türkiyədə yaxın zamanlarda müalicə olunaraq ölkəyə qayıdan sabiq nazirin qohumları isə Medicina.az-a bildirib ki, əslində, F.Məmmədovun səhhətindəki problem mətbuatda yazıldığı qədər ciddi deyil. Bildirilir ki, keçmiş nazirin səhhətində mütəmadi bu problem yaranır.

    Kəskin pankreatit xəstəliyi səbəbindən tez-tez iltihab yaranır. Bu müalicə prosedurları isə daxili orqanlarda yaranan həmin iltihabın çəkilib təmizlənməsi üçündür: "Əslində, o qədər də ciddi və təhlükəli bir vəziyyət yoxdur. Fazil müəllim son bir neçə ayda mütəmadi bu proseduranı keçir” – deyə, mənbə bildirib.