​Fazil Məmmədovun daha bir kadrı “VURULDU” – Gədəbəyin icra başçısı vəzifəsindən ÇIXARILDI – YENİLƏNİB

    9

    Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Hurriyyet.org-un məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

    ***

    Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Ramiz Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu.

    Hurriyyet.org bildirir ki, “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən icra başçısının işdən çıxaırlmasını şərh etmək istəməyiblər. Ramiz Yediyarovun 1-ci müavini Qüdrət Paşayev saytlara açıqlamasında icra başçısının işdən çıxarılmasını təkzib etməyib. O deyib ki, rayonda deyil, bu səbəbdən də başçının işdən çıxarılıb-çıxarılmamasından məlumatsızdır.

    Yada salaq ki, mayın 17-də Fazil Məmmədovun qaynı və komandasının üzvü olan Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilmişdi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalamışdı.