“Fatih”in kəşfi Türkiyəni 480 milyard lirəlik yükdən xilas edəcək

81

Hurriyyet.org xəbər verir ki, Türkiyə “Fatih” gəmisinin Qara dənizdəki tarixi kəşfi ilə qazma fəaliyyətlərinin ilk meyvəsini əldə edib. İlk quyuda əldə edilən, maliyyə dəyəri 480 milyard lirəyə çatan 320 milyard kubmetr qaz yatağının Türkiyəni mühüm bir idxalat asılılığından qurtaracağı gözlənilir.

Azərbaycan qazını Avropaya çatdıran TANAP və Rusiyanın qazını nəql edən “Türk Axını” layihələri ilə enerji körpüsü olan Türkiyə, artıq istehsalda da rol oynayacaq. Təbii qaz alınmasına ildə 13 milyard dollar ödəyən Türkiyə böyük bir yükdən xilas olacaq.