“Fatih” qazma gəmisi yeni axtarışa başladı

42

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz “Fatih” qazma gəmisinin “Türkali-1” quyusunda qazma işlərinə başladığını öz “Tvitter” hesabında bəyan edib: “Qara dənizin “Fateh”i burğu qurğusunu işə saldı. Hazırlıq işlrinin ardından “Türkali-1 quyusunda qazma işinə başladıq. Qazma işlərimiz 75 gün davam edəcək. Bərəkətli olsun”.

Bəlli olduğu kimi, “Fatih” qazma gəmisi 20 iyulda Eregil sahillərindəki Tuna-1 quyusunda qazma işinə başlamış, çox keçmədən tarixi kəşf edərək, Qara dənizin dərinliklərində 405 milyard kubmetr təbii qaz ehtiyatı aşkara çıxarmışdı.

“Fatih” gəmisinin uzunluğu 229 metr, eni 36 metrdir. Sadəcə qazma qurğusu 64 metr uzunluğundadır. Gəmi 12200 metr dərinlikdə qazma işi apara bilir.