Fateh Sultan Mehmetin Ayasofya məbədindəki SİRRİ

66

Hurriyyet.org xəbər verir ki, Ayasofyanın məscid statusunu qazanması ilə Fateh Sultam Mehmetin Ayasofyanın qapı toxmaqlarındakı böyük sirri yenidən gündəmə gəlib. Türkiyə mətbuatının yazdığına görə, Fateh Siltan Mehmet Xanın xatirəsinə həsr edilmiş tərdbirlərin birində 2005-2012-ci illərdə Ayasofya muzeyinin müdiri olmuş mərhum professor Haluk Dursun Ayasofyadakı qapı toxmaqları ilə bağlı açıqlama verərkən demişdi: “Ayasofya muzeyi ilə Fateh Sultan Mehmet arasındakı əlaqəni anlamasaq və başa salmasaq, belə tədbirlər boşa gedər. Fateh Sultanla Ayasofyanın əlaqəsinin əsası əlimdə gördüyünüz qapı toxmağındadır. Ayasofyada işə başladığım ilk gündən bu toxmaqla bağlı araşdırmaya başladım. Bu, adi qapı toxmağı deyil, hamısından fərqlidir.  Bu toxmaq bir nümunədir, onlar ümumulikdə aynalı, ikitərəfli tökülmüş olurlar.

Üzərində “Ya Fəttah” yazılır. “Ya Fəttah” Allahın adlarından biridir. Onun məhz Ayasofyadan asılmış olmasının xüsusi bir mənası və simvolik dəyəri var. “Fəttah” kəlməsinin içərisində rəhmət var, fəth var, amma eyni zamanda açmaq da var. Bu, Allahın qapıları açmasını bildirir. Fateh Sultan qapı toxmaqlarına bu kəlməni yazdırmaqla hər qapı açanda açmaq qüdrətinin sahibi olan Allaha hörmət və onun qüdrətini xatırlatmaq, həm də Ayasofyanın fəthinin simvolu olduğunu unutdurmamaq istəyib. Beləliklə, həmişə əlinizi uzadanda “Ya Fəttah” deyib qapıdan içəri girmiş olursunuz”.

Hurriyyet.org