“Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı” 

162

Lüksemburq millisinin baş məşqçisi Luk Holtz Millətlər Liqasının 6-cı turunda Azərbaycanla matçdan (0:0) sonra oyun haqqında fikirlərini bölüşüb.

51 yaşlı mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib: “Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təəssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Pressinq tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.