Faiq Ağayevə yüksək vəzifə verildi – FOTO

204

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.

Hurriyyet.org-un xəbərinə görə, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.

Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.

Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir. \\Report

 Fotoları təqdim edirik