“Facebook”da təhlükəsizlik gücləndirildi – SƏBƏB

    6

    “Facebook” sosial şəbəkəsi ehtimal olunan “Rusiya müdaxiləsi”nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.

    Hurriyyet.org xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq deyib.

    O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.

    Zukerberq deyib: “Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik”.