“Facebook” erməniyə qahmar çıxır – Bakıdan etirazlar

42

Şirkətin ermənipərəst işçiləri azərbaycanlıları susdurmaq üçün profillərini və səhifələrini kütləvi şəkildə bloklayır; Qulu Məhərrəmli: “İnformasiya müharibəsində müdafiədən hücuma keçməliyik”

Fransa prezidenti Emmanuel Makrondan tutmuş PKK yaraqlılarına qədər ermənini müdafiə edənlər  azmış kimi, dünyanın qlobal media platforması olan “Facebook” da düşmənə qahmar çıxmağa başlayıb.

“Yeni Müsavat” xəbər verir ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” rəhbərliyinə məktub ünvanlayıb. Müraciətdə “Facebook” seqmentində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb. Azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb. Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirildiyi qeyd edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil  olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir. Ümumiyyətlə, ermənilər sosial media platformalarında bizə qarşı propoqanda aparmağı gücləndiriblər.  Onlar azərbaycanlı ad-soyadı ilə hesablar açır, aramıza daxil olur, informasiya toplayır, əleyhimizə yazırlar. Məsələn, ermənilərin ruporlarından biri Hayk Tiqranyan adlı istifadəçidir. O, Azərbaycan dilini bilir, davamlı bu dildə yazır, həmçinin sosial mediada şəhidlərimizin fotolarını paylaşanların səhifələrinə daxil olur, bir-bir ad-soyadlarını götürür və itkilərin siyahısını tərtib edir. Bu mənada sosial şəbəkələrdə diqqətli, məsuliyyətli paylaşımlar etmək lazımdır. Hətta bəzi tənqidçilər yazmışdılar ki, Azərbaycanın ingilis və rus dili bilən bəzi deputatları sosial şəbəkələrdə aktiv olmurlar, dünyaya həqiqətləri çatdırmırlar.

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…” |  Busaat.az – Bu saata olan xəbərlər

Professor, media eksperti Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Facebook” şirkətinin rəhbərliyinə məktubu doğru addımdır, lakin informasiya savaşında kifayət deyil. Q.Məhərrəmlinin fikrincə, hazırda informasiya müharibəsi gedir və hər bir tərəf bütün kanallardan istifadə edir, aktiv olmağa çalışır: “O baxımdan hansısa şirkətdə erməniəsilli və ya erməni təsiri altında işçilərin olması mümkündür.  Biz bunu Fransa, Rusiya timsalında görürük. Bu ölkələrin mediasının böyük bir hissəsi ermənilərin təsiri altında olan qüvvələrin əlindədir. O cümlədən mümkündür ki, “Facebook” şirkətində ermənilərə xidmət edən əməkdaşlar olsun. Bu, istənilən şirkət üçün imicinə zərbədir. Deməli, qurduğun dəyərlər sistemi yerində deyil”, – deyə, telejurnalist bildirdi.

Media eksperti hesab edir ki, nazirliyin məktubu ilə yanaşı başqa üsullardan da istifadə etməliyik: “QHT-lər, azad yazarların köməyindən istifadə olunmalıdır. Bunun üçün kommunikasiya kanalları lazımdır. Bu gün bütün əlaqələrdən istifadə etmək məqbuldur. Biz bu münasibətləri aydınlaşdırmaq üçün indi etməsək, nə vaxt edəcəyik? Çünki Cənubi Qafqazda insan haqları üçün ciddi hadisələr baş verir və belə məqamda şeytanın yanında olmaq təhlükəlidir. O cümlədən, Azərbaycandan faydalanan təşkilatlar var, onların piar menecerlərindən də istifadə olunmalıdır, həqiqətləri onların kanalları ilə çatdırmaq vacibdir”.

Q.Məhərrəmli düşünür ki, ritorika dəyişməlidir: “Biz informasiya müharibəsində müdafiədən hücuma keçməliyik. Bu gün beynəlxalq hüquq, şərait, haqq-ədalət bizim tərəfimizdədir. Terrora və işğala məruz qalan da, öz ərazilərində müharibə aparan da bizik. Odur ki, xaricdə olan diaspora təşkilatlarımız, yaşadıqları ölkələrə inteqrasiya olmuş soydaşlarımız aktiv çalışsalar da, səyləri artırmaq, həmin ölkələrdə yerli mediaya çıxmaq mühümdür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”