Facebook-da canlı yayımda dəhşət – 10 nəfər həlak oldu – VİDEO

    6

    Macarıstanın paytaxtı Budapeştin yaxınlığındakı ağır yol qəzasında mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub.

    Toqquşmada mikroavtobusun sürücüsü və 9 sərnişini həlak olub.

    Daily Mail bildirir ki, 16 uşağın valideynlərini itirdikləri qza Budapeşdən 60 km aralıda yaşanıb.

    Hərəkətin qarşı zolağına çıxan mikroavtobus qarşıdan gələn və yükü qum olan yük maşını ilə toqquşub.

    Mikroavtobusun rumın sürücüsü qəza zamanı Facebook profilində canlı yayımda olub.

    Həlak olanların hamısı Rumıniya vətəndaşlarıdır. Onlar Macarıstanda qastarbayter kimi çalışırdılar. (Milli.az)

    HURRİYYET.ORG