F-16 pilotlarına dərman tələsi

24

“Erək damarlarını genişləndirir”

Hurriyyet.org xəbər verir ki,  FETÖ-nün gizlin qruplaşmalarında illərlə xidmət eləmiş etirafçılar təşkilatın qaranlıq üzünü aşkara çıxarıblar. Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) sağlamlıq arayışlarından öz məqsədləri üçün istifadə edən təşkilat üzvlərinin ali hərbi məktəblərə daxil olmaq hüququ qazanan, lakin FƏTÖ üzvü olmayan namizədləri saxta sağlamlıq arayışları ilə təhsildən uzaqlaşdırdıqları bəlli olub. 

Təşkilat üzvlərinin pilotluq vəzifəsindən uzaqlaşdırmaq istədikləri şəxslərin hər hansı bir xəstəlikləri olmadığı halda, onlara “yüksək təzyiq” diaqnozu qoyaraq, zaman keçdikcə ürək damarlarını genişləndirmək xüsusiyyətinə malik təzyiq dərmanları təyin edildiyi bəlli olub.

Hurriyyet.org