Fəxrəddin Altundan Şərqi Aralıq dənizi çağırışı…

144

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabından Şərqi Aralıq dənizindəki hadisələrlə bağlı diqqət çəkici açıqlamalar verib.

Roma Papası Fransisin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatını alqışladığını ifadə edən F.Altun “Türkiyə olaraq Yunanıstan başda olmaqla əlaqədar ölkələrə Egey adalarını silahlandırmaq və “Mavi Vətən”imiz üzərində haqq iddia etmək əvəzinə beynəlxalq hüquq normalarına əməl etməyə çağırırıq. Aralıq dənizi sülh və sabitlik dənizi olmalıdır”, – deyə bildirib.