Fələstinlilər BƏƏ nümayəndələrini Məscidi-Aksadan qovdular

72

Hurriyyet.org xəbər verir ki, fələstinlilər İsrail polisinin mühafizəsi altında Məscidi-Aksaya daxil olan Birləşmiş Ərəb Əmirlikləri heyətini məsciddən qovublar.

Bu barədə məlumat Fələstinin Vadi Hilva İnformasiya Mərkəzinin “Feysbuk” səhifəsindəki açıqlamasında verilib.

Bir fələstinli BƏƏ heyətinin üzvləri ilə mübahisə edərək onları normallaşdırma tərəfdarı olmaqda ittiham edib və məsciddən çıxmalarını tələb edib.

Mübahisədən sonra BƏƏ heyəti məsciddən çıxmaq məcburiyyətində qalıb.