“Fələstin və İsrail liderləri arasında Moskvada görüş təşkil etməyə hazırıq” – Rusiya XİN

57
Rusiya Fələstin Prezidenti Mahmud Abbas və İsrail Baş naziri Benyamin Netanyahu arasında Moskvada görüş təşkil etməyə hazırdır.
Bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixayil Boqdanov, Fələstin “Fətah” hərəkatı Mərkəzi Komitəsinin üzvü Hüseyn əl-Şeyx ilə telefon söhbətində deyib.

“Telefon söhbətində Rusiya rəhbərliyinin daha əvvəl də heç bir şərt olmadan Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunun fərdi görüşünün keçirilməsi ilə bağlı təklifinin aktual olduğu vurğulanıb”, – deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Söhbət zamanı “Fətah” nümayəndəsi Fələstin rəhbərliyinin İsrail ilə münasibətlərə dair son qərarları barədə məlumat verib.

Söhbət Fələstin tərəfinin təşəbbüsü ilə baş tutub./apa/