Fələstin Bəhreynin İsraillə razılaşmasını “Qüdsə, Məscidi-Aksaya və Fələstinin mübarizəsinə xəyanət” adlandırdı

51

Hurriyyet.org xəbər verir ki, Fələstin Bəhreynin İsrail ilə münasibətini normallaşdırmaq qərarını qınayıb.

Fələstin hakimiyyəti məsələ ilə bağlı yazılı bəyanat yayıb.

Fələstin bu addımı “Qüdsə, Məscidi-Aksaya və Fələstinin mübarizəsinə xəyanət” adlandırıb. Açıqlamada Bəhreyndən “Fələstin xalqına və mübarizəsinə zərər verən razılaşmadan” imtina etmək tələb edilir, bu addımın “beynəlxalq qərarlara zərər verəcək təhlükəli nəticələr doğuracağı” bildirilir.

Fələstin Xalq Qurtuluş Cəbhəsi də Bəhreynə etirazını bildirib. Cəbhənin yazılı açıqlamasında ərəb xalqlarını və Fələstinin mübarizəsini heç hesab edərək ABŞ-ın arxasınca gedən və köləsi olan ərəb liderlərin diz çökməklə kürsülərini möhkəmləndirə bilməyəcəkləri vurğulanıb, ərəb hakimlərin xəyanətlərinin son nümunəsinin Bəhreyn olduğu, ərəb millətinin əsas məsələsi olan Fələstin mübarizəsinin bazarlıq məsələsinə çevrildiyi bildirilir.