Eynulla Fətullayevin Ara Abramyana cavabı bütün Rusiya KİV-lərində

303

Haqqin.az və virtualaz.org informasiya-analitik portallarının baş redaktoru Eynulla Fətullayevin Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abramyanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna cavab olaraq yazdığı məqalə Rusiya KİV-lərində və ekspert cəmiyyətində getdikcə daha çox maraq doğurur.

Virtualaz.org bildirir ki, nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin ardınca E.Fətullayevin məqaləsini Rusiyanın daha beş məşhur nəşri dərc edib.

Xüsusilə, məqalə Rusiyanın ən populyar “Qazeta.ru”, “Argumentı nedeli”, “Svobodnaya pressa”, “Dni.ru” və “Utro.ru”  internet nəşrlərində dərc olunub.

Xatırladaq ki, Ara Abramyanın qalmaqallı məqaləsi Rusiya Erməniləri Birliyinin saytında yayımlanıb. Abramyan məktubunda Bakının “müharibəni qazandığını, lakin qalib olmadığını” iddia edib.

 

 

Eynulla Fətullayev məqaləsində dünya erməni diasporasının liderlərindən birinin ölkəsinin və xalqının sarsıdıcı hərbi-siyasi məğlubiyyətindən sonra dərin ümidsizliyini gizlətmədiyini qeyd edir. Vurğulayır ki, nə də olsa, yalnız şərəf məsələsi deyil, “Erməni məsələsi. Tam məxfi” qrifi altında arxiv kartonuna qoyulmuş ermənilərin qondarma azadlıq mübarizəsinin bütün tarixi itirilib.

Müəllifin fikrincə, erməni siyasi elitasının digər nümayəndələri ilə birlikdə Abramyan və onun kimiləri iqtisadiyyatın və siyasi şüurun cındır paltarını, həmçinin mənəvi travmaların zibilliyini dünyaya göstərərək,  kollektiv siyasi özü-özündən məmnun olmayla məşğuldurlar.

Jurnalist məqaləsində Abramyana tarixin səhifələrini vərəqləməyi də tövsiyə edib.

E.Fətullayev Abramyanın məktubunun xülasəsinin Azərbaycana yeni revanşist müharibə ilə açıq təhlükə yaratdığına da diqqət çəkib. Dünya ermənilərinin liderlərindən birinin iddiasına görə, Azərbaycan mütləq məğlubiyyətlə üzləşəcəkdir…