Eyni sinifdə oxuyan 6 şagird 600-dən çox BAL TOPLADI

90

Kürdəmirdə bir sinfin 6 məzunu imtahanlarda 600-dən yüksək bal toplayıb.

Yüksək nəticə göstərən şagirdlər Kürdəmir şəhər 1 saylı tam orta məktəbin 11 v sinfinin məzunlarıdır. Bunlar Rzayev Rəvan (668 bal), Nəsirli İlqar (656 bal), Nəsirli Vüqar (645 bal), Mahmudov Ağamusa (618 bal), Salmanov Əligağa (606 bal) və Səlimova Türkandır (601 bal).

Məktəb üzrə isə 600-dən yuxarı nəticə göstərənlərin sayı 7-dir. Daha 1 nəfər – 11a sinfindən Hüseynzadə Leyla 3-cü qrup üzrə 652 bal toplayıb. Bu məzunların hər biri məktəbi fərqlənmə attestatı ilə bitiriblər.

Məktəbin daha 3 şagirdi isə 500-dən yuxarı bal toplayıb.

Yüksək nəticə göstərən şagirdlərin hamısı təmayül siniflərdə oxuyublar. \\Teleqraf