EYNİ GÜNDƏ ŞƏHADƏTƏ YÜKSƏLƏN 19 YAŞLI DOSTLAR – VİDEOREPORTAJ

285

44 günlük Vətən müharibəsində igidlik göstərən 19 yaşlı iki dost – topçu Cavidan Ağayev və kəşfiyyatçı Elvin Babayevin qəhrəmanlığından hələ çox danışılacaq.

AzTV xəbər verir ki, onları birləşdirən bir çox xüsusiyyət vardı: eyni ildə dünyaya gəliblər, hər ikisi cəsur, vətənpərvər olub,ikisi də eyni ildə hərbi xidmətə yollanıb və eyni hərbi hissədə vətənin müdafiəsində olublar.

Onların şəhidliyi də eyni vaxta təsadüf edib. Belə ki, oktyabrın ikisi günorta saat ikidə Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənin endirdiyi raket zərbəsi nəticəsində dostların hər ikisi şəhadətə yüksəlib.

Prezidentin sərəncamı ilə C.Ağayev və E.Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.