Eyfel qülləsinə bomba qoyulması barədə məlumat daxil olub

51

Parisdə Eyfel qülləsinə bomba qoyulması barədə polisə məlumat daxil olub.

APA-nın “New York Times”ə istinadən verdiyi xəbərə görə, polisə anonim zəng gəldikdən sonra ehtiyat tədbiri olaraq ziyarətçilər təxliyə edilib.

Paris polisi Eyfel qülləsinin ətrafının mühasirəyə alındığını və ərazidə yoxlanış aparıldığını təsdiqləyib.