“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat etdi

    24

    “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

    Hurriyyet.org bildirir ki, bu barədə apa-ya Rauf Talışinskinin yaxınları məlumat verib.

    Qeyd edək ki, T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

    “Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olub.

    27 yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi.

    Rauf Talışinski “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.