””Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub” – Rövzət Qasımov

18

“Exit-poll” keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.

Hurriyyet.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavininin sözlərinə görə, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”./report/