“Evdə Tək 2”dəki dələduzluq 28 il sonra ifşa edildi

600

1992-ci il də ekrana gələn “Evdə Tək 2” filminin çəkilişləri zamanı istifadə edilən otel otağının kirayə haqqı mübahisələrə səbəb olub. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin vaxt film istehsalçılarından otelin bir otağı üçün günlük icarə haqqı olduğundan qat-qat baha qiymətə təklif edilib.

Belə ki, bir günlük ödənişi 1000 dollar (yəni 1700 manat) olan otağa “Evdə Tək 2” heyəti 30 min dollar (təxminin 51 min manat) ödəyib. Baş verən dələduzluq hadisəsi 28 il sonra filmin yayaımlandığı proqramlardan birində ortaya çıxıb. Qeyd edək ki, ekran işinin baş rol ifaçısı Kevin obrazında olan Makoley Kalkin sözügedən otelin 114 nömrəli otağında qalıb.