Evdə işləmək iqlimi məhv edir? – Ekspertlərdən maraqlı iddia

54

“Pandemiya günlərində ofis yerinə evdən çalışmaq bir çox ekoloq üçün az qala müjdə kimi qəbul olunurdu. Çünki bu daha az ezamiyyət, daha az nəqliyyat, daha az yanacaq işlədilməsi deməkdir”.

Lakin ekspertlər bu məsələdə bir qədər fərqli düşünürlər.

Musavat.com xəbər verir ki, Avstriyanın “Der Standard” qəzetində məsələ ilə bağlı xüsusi yazı dərc olunub.

“Dünyada “CO2”, yəni karbon qazının havaya buraxılmasında 2%-lik paya sahib olan aviadaşıyıcılıq 85% azalıb. Lakin internet aktivliyinin həddən artıq yüksəlməsi özünün dərin izini mütləq buraxacaq”,-deyə yazıda qeyd olunur.

Fransanın “The Shift Project” analitik mərkəzinin araşdırmasına görə, onlayn video ildə 300 milyon ton CO2-nin havaya buraxılmasınaa gətirib çıxarır. Bu isə dünyadakı ümumi tullantıların 1%-nə bərabərdir. Yalnız pornoqrafiyaya baxışın gətirdiyi tullantıların həcmi Belçikanın 1 ildə havaya buraxdığı zəhərli qaza bərabərdir. Mütəxəssislərin rəyinə görə, 2025-ci ilə qədər rəqəmsal texnologiyaların havaya atılan zəhərli qazlardakı payı 8%-ə qədər yüksələ bilər.

Elektron məktublar da ətraf mühitə az zərər vurmur. Britaniyalı araşdırmaçı Mayk Bernes-Li özünün “Bananlar nə dərəcədə təhlükəlidir” adlı kitabında bir elektron məktubun 4 qr CO2 qazına bərabər olduğunu yazıb.

Uzaq məsafəli işə görə kommunikasiyaya olan tələbat daha da artıb. “Hubspot” marketinq platformasının təhlillərinə əsasən, Böyük Britaniya şirkətləri orta hesabla epidemiyaya qədər olan dövrdəkindən 20% çox elektron məktub göndərməyə başlayıblar. Bu isə ekobalansa ciddi təsir göstərir. Yəni ev ofisi əvvəlki kimi “yaşıl” görünmür.

Proqram təminatçısı Cerri MakQovern isə hətta iki insanın iştirakı ilə olan cəmi 1 saatlıq onlayn iclasların 250 gündə 2,8 kq karbon qazına səbəb olduğunu bildirib. Burada həm video, həm də auidio qəbuledicilərin keyfiyyətindən çox şey asılıdır. Belə ki, yüksək tezlikli videozəng ildə 1,1 kq CO2 qazının havaya hopmasına səbəb olur.

Musavat.com