Etiraz aksiyaları – İran

    3

    İran paytaxtında milli valyutanın devalvasiyasına qarşı etiraz aksiyaları keçirilir.

    Hurriyyet.org BBC-yə istinadən xəbər verir ki, etiraz aksiyalarının təşəbbüskarları mağazalarını bağlayaraq şəhərin küçələrinə çıxmış kiçik ticarət nöqtələrinin sahibləri olub.

    Bununla yanaşı, sosial şəbəkələrdə etiraz edınlərin həbslərinin başlanması barədə informasiyalar dərc olunur. Aksiyalar Tehranla yanaşı, İranın Kərəc, Məşhəd, Bəndər-Abbas şəhərlərində və Keşm adasında keçirilib.

    Mənbəyə əsasən, son günlər ərzində ölkədə ABŞ dollarının məzənnəsi rekord səviyyəyə – 87 min riala yüksəlib. Halbuki, may ayının sonunda bu rəqəm 65 min rial idi. Rəsmi məzənnə isə 42 min rial təşkil edir, lakin xüsusi icazə olmadan rəsmi məzənnə ilə dollar almaq mümkün deyil. Bu səbəbdən bir çox valyutadəyişmə məntəqələri bağlanıb.