Əli Kərimli genişmiqyaslı əfv sərəncamı verməyə çağırdı

    3

    “Etiraf etmək lazımdır ki, axır çərşənbədə ciddi bayram ovqatı hiss olunmadı. Səbəbi məlum. Kasıblıq və hüquqsuzluq. Yalnız yanvar ayından bəri 57 nəfər intihar edib. Onların 20 nəfəri bank borcuna görə intihar edənlərdir. Novruz bayramına bu ovqatla getməməliyik. Amma o da aydındır ki, işbacarmaz hökumət illərlə yatıb, 2-3 günün içində ölkədə sosial-iqtisadi vəziyyəti dəyişəcək addımlar atası deyil. İndi təcili atılası addım genişmiqyaslı əfv sərəncamı verib, Novruz bayramına qədər siyasi məhbus problemini həll etməkdir. Bəli, əfv sərəncamı qarınları doyurmayacaq, amma insanlarda sabaha ümid yaradacaq. Millət genişmiqyaslı əfv sərəncamı gözləyir. Hökumət bu fürsəti də qaçırsa, təkcə xalqa deyil, özünə də pislik etmiş olacaq“.