Şəhid mayorun atası: “O biri 3 oğlum da vətənə qurbandır”

    3

    Eşitdiyimə görə, oğlumun da döyüşdüyü vaxt 70 km ərazini nəzarət altında saxlayan yüksəklik işğaldan azad olundu. Belə bir halda mənə elə gəlir ki, dayanmağın mənası yoxdur. Müharibənin başlaması siyasətdir. Bu, təkcə dövlət başçısından asılı olan məsələ deyil. Biz kiçik dövlətik. Düşünürəm ki, hər halda başladığımız müharibəyə davam etsəydik, daha yaxşı olardı. Eyni zamanda, vətənpərvərlik insanın içində olmalıdır. Bizim ailəmizdə bir növ bu tendensiyadır. Atam da İkinci Dünya Müharibəsində birinci qrup əlil olub. Özümüz ailədə 5 qardaşıq. Döyüşlərdə iştirak etmişik. Məndən başqa 4 qardaşım Naxçıvan ərazisinin bütövlüyü uğrunda ermənilərə qarşı döyüşlərdə iştirak ediblər”.