Çernobılda meşə yanğını 3 gündür davam edir – Video

90

Ukraynanın Çernobıl şəhərindəki meşə yanğınları 3 gündür davam edir.

Aprelin 4-də başlayan yanğın 35 hektaradək ərazini əhatə edir. Alovun nəzarətə götürülməsi üçün əlavə helikopterlər göndərilib. Kiyev vilayəti üzrə radiasiya miqdarının təbii səviyyədə olduğu bildirilib.

Çernobılda yanğının otların yandırılması nəticəsində meydana çıxdığı bildirilir. \\Qafqazinfo