ERMƏNİSTANDAN GÖZLƏNİLMƏZ TÜRKİYƏ ÇIXIŞI! – “HAZIRIQ”

    6

    Hurriyyet.org xəbər verir ki, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istədiyini bəyan edib.

    Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın heç bir ilkin şərt olmadan Türkiyə ilə yaxşı qonşuluq münasibətlərini inkişaf etdirməyə hazır olduğunu bildirib.

    “Azadlıq” radiosuna müsahibə verən Mnatsakanyan deyib: “Türkiyə ilə xoş qonşuluq münasibətləri qurmağa hazırlıq, lakin qarşı tərəfdən münasibətləri normallaşdırmaq ümidini verəcək heç bir açıqlama eşitmirik”.

    Erməni nazir daha sonra söyləyib: “Biz xoş qonşuluq münasibətlərinə hazırıq, lakin mənafeyimiz hesabına yox. Buna hazır olmağımız təkcə bizim yox, bölgənin də mənafeyi üçündür. Lakin bizim mənafeyimizə zərər verəcək addımlara da hazır deyilik”.

    Hurriyyet.org