ERMƏNİ LOBBİSİNƏ ZƏRBƏ: Qalmaqallı təqdimat baş tutdu

    9

    Erməni lobbisinin bütün səylərinə rəğmən Moskvada amerikalı tarixçi Edvard Eriksonun “Türklər və ermənilər: Qiyamçılarla mübarizə tədqiqatı” kitabının təqdimatı baş tutub.

    Hurriyyet.org kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Azru.org” saytı yayıb. Eriksonun da qatıldığı təqdimat Moskva Kitab Evində keçirilib.

    Təqdimatda erməni icmasının nümayəndələri də olub.

    Qeyd edək ki, bundan öncə Rusiyadakı erməni lobbisi Eriksonun kitabının təqdimatına qadağaya nail ola bilib. Lobbiyə bu işdə Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi yardım edib.

    Edvard Erikson ABŞ ordusunun ehtiyatda olan zabitidir. O, Fars körfəzi müharibəsində iştirak edib, NATO-nun nümayəndəsi kimi İzmir, Neapol və Sarayevoda çalışıb. O, bundan öncə erməni soyqırımı yalanlarına qarşı kitablar dərc etdirib. Kitablarında ermənilərin XX əsrin əvvəllərində Moskvanın “beşinci kolonu” olduğunu və buna görə də onlara qarşı sərt tədbirlər görülməsinin vacibliyini qeyd edib.