Ermənistanın mədəniyyət naziri istefa verdi

    54

    Ermənistanın mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Amiryan istefaya gedib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Ruzanna Xaçatryan faktı təsdiqləyib. Lakin istefanın nə ilə bağlı olduğu açıqlanmayıb.

    Qeyd edək ki, bu gün səhərdən Ermənistanın mədəniyyət xadimləri, aktyorları nazirdən xalq hərəkatına qoşulmağı tələb edirdilər.