Ermənistanın hökumət binasında YANĞIN OLUB

15

Bu gün Ermənistan hökumətinin binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə dörd yanğınsöndürmə briqadası və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Qeyd olunub ki, yanğın saat 22: 31-də (Bakı vaxtı ilə) hökumət binasının birinci mərtəbəsində baş verib.

Yanğının qarşısı bir saat sonra alınıb. Zərərçəkənlər barədə məlumat verilmir. \\Azərbaycan24