Ermənistandan Azərbaycan sərhədində YENİ ADDIM: təcrübəli döyüşçülər…

    24

    “Biz parlamentə iki ildən sonra növbədənkənar seçkilərin keçirilməsi proqramını qəbul etdirmək üçün daxil olmaq istəyirik”.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sasna srer” partiyasından deputatlığa namizəd Varujan Avetisyan deyib.

    Onun sözlərinə görə, konkret məsələlərin həlli üçün həmkarlar ittifaqını bərpa etmək lazımdır.

    Avetisyan, həmçinin təhlükəsizlik problemlərinin olduğunu bildirib.

    “Təhlükəsizliyin effektsiz sistemindən qurtulmaq lazımdır, xüsusilə sərhəd kəndlərində təhlükəsizlik problemləri hökm sürür. Sərhəd bölgələrinin müdafiəsinin təşkili üçün təcrübəli döyüşçülərin cəlb edilməsi ilə inzibati-iqtisadi zonalar foralaşdırılmalıdır”, – deyə o bildirib.